Azərbaycan səfirliyi: Rusiya tərəfindən bildirilib ki, David Babayanın səfəri şəxsi xarakter daşıyır

Azərbaycanın Rusiyadakı səfirliyinin binası

© APA | Azərbaycanın Rusiyadakı səfirliyinin binası

# 20 oktyabr 2021 19:04 (UTC +04:00)

“Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub”.

Bu barədə APA-nın Moskva müxbirinə səfirlikdən məlumat verilib.

“Rusiya tərəfindən daxil olmuş məlumata əsasən bildiririk ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyasi məsləhətləşmələr aparılmayıb.

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”, - deyə səfirliyin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR