Azərbaycan tərəfi iki mülki ermənini geri qaytarıb

Azərbaycan-Ermənistan sərhədi

© APA | Azərbaycan-Ermənistan sərhədi

# 20 sentyabr 2021 10:50 (UTC +04:00)

Azərbaycan iki mülki ermənini geri qaytarıb.

APA-nın xəbərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, Azərbaycan ərazisinə keçdiyi üçün saxlanılan şəxslər dünən gecə saatlarında qaytarılıb.

Qeyd edək ki, Ermənistanın Ağadərəsi (Kotayk) vilayətinin iki sakini bir neçə gün əvvəl Gorus-Vorotan şossesi ilə hərəkət edərkən yoldan çıxıb, Azərbaycan tərəfinə keçdiyi üçün saxlanılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR