Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin İkinci Üçtərəfli görüşü İslamabadda keçiriləcək

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli görüşü

© APA | Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli görüşü

# 27 iyul 2021 18:29 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin İkinci Üçtərəfli görüşü 2022-ci ildə Pakistanda keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşündə bildirilib.

İkinci Üçtərəfli görüşünün 2022-ci ildə Pakistanın İslamabad şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşü olub. Görüşdə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR