Azərbaycan və Belarus Baş nazirlərinin müavinləri Moskvada görüşüb - FOTO

Azərbaycan və Belarus Baş nazirlərinin müavinləri Moskvada görüşüb - FOTO
# 24 sentyabr 2021 12:58 (UTC +04:00)

Moskvada Azərbaycan və Belarus Baş nazirlərinin müavinləri arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Müstəqil Dövlətlər Birliyi ölkələrinin İqtisadi Şurasının 91-ci iclası çərçivəsində keçirilən ikitərəfli görüşdə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Baş nazirinin müavini Iqor Petrişenko iştirak ediblər.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, MDB çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub .

Qeyd edək ki, bu gün Moskvada MDB İqtisadi Şurasının 91-ci iclası keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR