Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub
# 06 noyabr 2021 16:11 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə C. Bayramov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.

“İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə C. Bayramov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR