Azərbaycan və İtaliya XİN-ləri fikir mübadiləsi aparıb

Azərbaycan və İtaliya XİN-ləri fikir mübadiləsi aparıb
# 02 dekabr 2021 17:02 (UTC +04:00)

Bu gün Stokholmda, İtaliya tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüşün əvvəlində, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Azərbaycan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusunun şəhid olması ilə nəticələnən helikopter qəzasına görə başsağlığı verib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir müavini F. Rzayev, həmkarına bölgədə münaqişə sonrası vəziyyət, o cümlədən Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərində aparılan bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR