Azərbaycan və Qazaxıstan XİN başçıları görüşüb - YENİLƏNİB-1

Azərbaycan və Qazaxıstan XİN başçıları görüşüb - YENİLƏNİB-1
# 21 iyun 2021 15:48 (UTC +04:00)

Azərbaycan Resrublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə Qazaxıstan Resrublikası Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi arasında keçirilmiş görüşə dair məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, 21 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşüb.

Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə iki ölkənin ikitərəfli və çoxtərəfli formatlarda səmərəli əməkdaşlığı, habelə regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək əlaqələrini qeyd edərək, möhkəm təməl üzərində qurulan Azərbaycan və Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.


Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi qardaş Azərbaycana səfərdən məmnunluq ifadə edərək, dövlət başçısı ilə keçirilmiş görüşə və aparılmış hərtərəfli və məhsuldar fikir mübadiləsinə istinad edib. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

Nazirlər iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini müzakirə ediblər. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması ilə iqtisadi-ticarət əlaqələrində artımın əldə olunması üçün müvafiq addımların atılmasının, xüsusilə də ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov Qazax həmkarına bölgədəki münaqişə sonrası vəziyyət, onilliklər ərzində işğal aıtında saxlanılan ərazilərdə məqsədli törədilən dağıntılar, mina təhlükəsi, habelə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Nazirlər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Türk Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və s. çərçivələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını böyük uğur kimi dəyərləndirən tərəflər, bu xüusda yüksək səviyyəli işçi qrupları çərçivəsində müzakirələrin davam etdirilməsi və Konvensiyanın ratifikasiyasının vacibliyini qeyd ediblər.

Tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illinin qeyd olunacağını diqqətə alaraq, Nazir Tileuberdi azərbaycanlı həmkarını Qazaxıstana rəsmi səfərə dəvət edib.

Nazir Ceyhun Bayramov həmkarının dəvətini məmnunluqla qəbul edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***

12:09

Azərbaycan və Qazaxıstan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü keçirilir.

APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

***

saat 11:54

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib.

APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR