Azərbaycan və Rusiya XİN başçılarının müavinləri üçtərəfli bəyanatların icrasını müzakirə edib

Azərbaycan və Rusiya XİN başçılarının müavinləri üçtərəfli bəyanatların icrasını müzakirə edib
# 01 sentyabr 2021 13:58 (UTC +04:00)

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasını müzakirə ediblər.

XİN başçılarının müavinləri ikitərəfli və regional gündəmə dair aktual məsələlər barəsində də fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR