Azərbaycan və Türkiyə 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması səylərini dəstəkləyir

Azərbaycan və Türkiyə 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması səylərini dəstəkləyir
# 15 iyun 2021 19:04 (UTC +04:00)

Azərbaycan və Türkiyə 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsini vacib hesab edir.

APA-nın məlumatına görə, bu, “Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə yer alıb.

Sənəddə qeyd olunub ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR