Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərini yaradacaq

Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərini yaradacaq

© APA | Şuşa Bəyannaməsinin imzalanması

# 16 iyun 2021 12:03 (UTC +04:00)

Azərbaycan və Türkiyə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaq.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR