Azərbaycan və Türkiyə XİN rəhbərləri Belqradda görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov, Mövlud Çavuşoğlu

© APA | Ceyhun Bayramov, Mövlud Çavuşoğlu

# 11 oktyabr 2021 14:59 (UTC +04:00)

11 oktyabr 2021-ci il tarixində Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşü baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

***

saat 14:45

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin XİN rəhbəri “Twitter”də bildirib.

“Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik”, - M. Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR