Azərbaycan xarici işlər naziri avstriyalı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Avstriya xarici işlər naziri Maykl Linhart

© APA | Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Avstriya xarici işlər naziri Maykl Linhart

# 02 dekabr 2021 22:39 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriya xarici işlər naziri Maykl Linhartla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Avstriya XİN başçısı "Twitter"də bildirib.

"ATƏT XİN Şurasının iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşmək və Avstriya - Azərbaycan arasında iqtisadi əlaqələri, həmçinin, Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında ATƏT-in rolunu müzakirə etmək üçün çox yaxşı bir fürsətim oldu. Avstriya etimadın yaradılmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır", Avstriya XİN başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR