Azərbaycan XİN başçısı serbiyalı həmkarı ilə beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb

Azərbaycan XİN başçısı serbiyalı həmkarı ilə beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb
# 25 sentyabr 2021 22:16 (UTC +04:00)

Sentyabrın 25-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu bildiriblər.

Tərəflər Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın uğurla inkişaf etdiyini qeyd etdilər.

Həmçinin, Qoşulmama Hərəkatının Belqradda keçiriləcək 60 illik yubiley tədbirinə hazırlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR