Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Xarici İşlər Nazirliyi

© APA | Xarici İşlər Nazirliyi

# 10 oktyabr 2021 13:15 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstanda təyyarə qəzası ilə bağlı Rusiya xalqına başsağlığı verib.
APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin “Tvitter” hesabında paylaşım edilib.
Xarici İşlər Nazirliyi təyyarə qəzasında paraşütçülərin həlak olması ilə bağlı Rusiya xalqına, ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu gün Tatarıstanda paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, 6 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR