Azərbaycan XİN sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi

© APA | Azərbaycan Xarici İşlər Nazirliyi

# 16 iyul 2021 12:35 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.

APA-nın xəbərinə görə bu barədə XİN-in "Twitter" hesabında bildirilib.

“Avropanın qərbində ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada sel qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə qeyd olunub.

O da bildirilib ki, Azərbaycan yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında həm Almaniya, həm də Belçikanın yanındadır.

Qeyd edək ki, Almaniyanın qərbində və Belçikada yağan güclü yağışlar nəticəsində meydana gələn sel 92 nəfərin ölümünə səbəb olub, yüzlərlə adam itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR