Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başlayıb - VİDEO

Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başlayıb - VİDEO
# 09 iyul 2021 13:57 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

APA-nın xəbərinə görə, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndəsinin Şuşa şəhərinə səfəri başlayıb.

Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak edirlər.

Səfərdə məqsəd xarici diplomatları Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal arxitektura üslubu və Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR