Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa qalası ilə tanış olublar - FOTO

Xarici diplomatların Şuşa qalası ilə tanışlığı

© APA | Xarici diplomatların Şuşa qalası ilə tanışlığı

# 09 iyul 2021 15:53 (UTC +04:00)

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə səfər çərçivəsində Şuşa qalası ilə tanış olublar.

APA-nın əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşa şəhəri haqqında diplomatlara məlumat verib, Şuşanın Azərbaycanın tarixi şəhəri və mədəni paytaxtı olduğunu bildirib.

Daha sonra Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa qalasının tarixi, arxitekturası barədə xarici diplomatlara geniş məlumat verib.

Şuşa qalasının önündə xatirə fotosu çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR