Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşada Aşağı Gövhər Ağa məscidində olublar

Xarici diplomatların Aşağı Gövhər Ağa məscidi ilə tanışlığı

© APA | Xarici diplomatların Aşağı Gövhər Ağa məscidi ilə tanışlığı

# 09 iyul 2021 17:09 (UTC +04:00)

Azərbaycandakı diplomatik korpusun nümayəndələri bu gün Şuşa şəhərinə səfər çərçivəsində Aşağı Gövhər Ağa məscidində olublar.

APA-nın əməkdaşı xəbər verir ki, diplomatlara məscid barədə ətraflı məlumat verilib, dini abidənin işğal zamanı erməni vandallığına məruz qaldığı bildirilib.

Qeyd olunub ki, ermənilər məscidə, məscidin minarələrinə ciddi ziyan vurub.

Qonaqlar məsciddə erməni vandallığının izlərinin şahidi olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR