Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiyaya rəsmi səfəri başlayıb - FOTO - VİDEO

Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiyanın  “Vnukovo-2” hava limanında qarşılanma mərasimi

© APA | Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiyanın “Vnukovo-2” hava limanında qarşılanma mərasimi

# 19 may 2021 20:10 (UTC +04:00)

Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiya Federasiyasına (RF) rəsmi səfəri başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Baş Nazir Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.

Azərbaycan hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

Qeyd edək ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR