Azərbaycanın Gürcüstandakı səfiri: "Azərbaycan, Gürcüstan və Türkiyə Cənubi Qafqazda sülhün bərpa edilməsində müstəsna rol oynayır".

Faiq Quliyev, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri

© APA | Faiq Quliyev, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri

# 17 oktyabr 2021 16:48 (UTC +04:00)

"Azərbaycan, Gürcüstan və Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin bərpa edilməsində müstəsna rol oynayır".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanda Azərbaycanın Müstəqilliyinin 30 ildönümü münasibəti keçirilən marafonun təltifetmə mərasimində Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev deyib.
F. Quliyev bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsindən sonra Azərbaycan qüdrətli bir dövlətə çevrilib və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın nüfuzlu dövlətinə çevrilib. F. Quliyev Gürcüstanın aidiyyati orqanlarına marafonun keçirilməsinə göstərdiyi dəstəyə və təhlükəsizliyi təmin etdiyinə görə təşəkkür edib.
Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Müstəqilliyinin bərpası günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, dövlət qurmaq özü çətin bir marafondur və Azərbaycan xalqı bu marafonun qalibidir.
F. C. Yazqan Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üçtərəfli əməkdaşlığın xalqlar üçün böyük önəm daşıdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR