Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Fransa Milli Assambleyasının deputatları azad olunmuş ərazilərə səfər edəcək

Fransa Milli Assambleyası

© APA | Fransa Milli Assambleyası

# 16 iyul 2021 14:45 (UTC +04:00)

“Fransa parlamentinin bəzi üzvlərinin Ermənistanın xeyrinə mövqe tutması Fransa xalqının Azərbaycana münasibətini əks etdirmir”.

APA-nın məlumatına görə, bunu Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan Dostluq Qrupunun baş katibi Jan-lük Reitzer Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədova ünvanladığı məktubda qeyd edib.

J.Reitzer Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq, bəzi həmkarlarının erməni icmalarının təsiri altında fərqli mövqedən çıxış etdiklərini bildirib. Məktubda Azərbaycana səfərə gələcək Fransa Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin tərkibinin formalaşdırıldığı barədə məlumat verilib. Bu səfərin real vəziyyəti yerində müşahidə edərək, daha obyektiv qiymətləndirmə aparılması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Qeyd edək ki, Fransa Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin yaxın günlərdə Azərbaycana səfərə gələcəyi gözlənilir. Səfər proqramında fransız deputatların rəsmi şəxslərlə görüşləri, işğaldan azad olunmuş ərazilərə getməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR