Azərbaycanın səfiri britaniyalı nazirlə görüşüb

Azərbaycanın səfiri britaniyalı nazirlə görüşüb

© APA | Azərbaycanın səfiri britaniyalı nazirlə görüşüb

# 18 noyabr 2021 04:55 (UTC +04:00)

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri Vendi Mortonla görüşüb.

APA-nın Britaniya bürosunun Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinə istinadən verdiyi xəbərə görə, görüş səfirliyinin Londondakı binasında baş tutub.

Tərəflər Azərbaycan və Britaniya arasındakı münasibətləri daha da inkişaf etdirmək imkanlarını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Nazir Vendi Morton, görüşdən sonra şəxsi Tvitter səhifəsində səfirlə görüşdən şad olduğunu bildirib. O qeyd edib ki, görüş zamanı Böyük Britaniya-Azərbaycan münasibətlərinin, qadın hüquqlarının müdafiəsinin gücləndirilməsi, iqlim dəyişikliyi və Azərbaycan-Ermənistan sərhədindəki son eskalasiya ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR