Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə bağlı sənəd hazırlanması istiqamətində beynəlxalq hüquqşünaslarla birlikdə işlər aparılır

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 noyabr 2021 16:02 (UTC +04:00)

“Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması ilə paralel olaraq beynəlxalq müstəvidə də dost ölkələrlə bu istiqamətdə əməkdaşlıq edir”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ərazilərlə, təcavüzün fəsadları ilə bağlı həm beynəlxalq təşkilatlar məlumatlandırılır, həm aidiyyəti üzrə müvafiq konvensiyalara uyğun olaraq sənədlərin hazırlanması, bir sıra konvensiyalar üzrə Azərbaycanın Ermənistana qarşı məhkəmə işləri, iddialar qaldırılması ilə bağlı iş aparılır: “Eyni zamanda qeyd etmək istərdim ki, bir sıra digər konvensiyalar üzrə də hazırlıq işləri gedir. Azərbaycanın enerji və təbii sərvətlərinin talan edilməsi ilə bağlı ətraf mühitə dair Bern konvensiyası əsasında sənədlərin hazırlanması istiqamətində hazırda bizim mütəxəssislər beynəlxalq hüquqşünaslarla birlikdə işlər aparır. Bu istiqamətdə də müvafiq addımlar yaxın zamanlarda atılacaq. Bütün bunlarla yanaşı, Azərbaycan Prezident İlham Əliyev tərəfindən dəfələrlə qeyd edilib ki, bütün bunlara baxmayaraq biz gələcəyə baxmalıyıq. Azərbaycan gələcəyə baxır. Azərbaycan müharibə qalibi olaraq öz xoş niyyətini göstərir”.

Firuzə Vahid

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR