Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis ediləcək

Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis ediləcək
# 26 noyabr 2021 17:48 (UTC +04:00)

Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis ediləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Assambleya çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə keçiriləcək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edəcək, tədbirdə iştirak edən nümayəndə heyətləri başçılarının müraciətləri dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR