Bakının azad edilməsinin ildönümü münasibətilə Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət olunub - FOTO

Bakının azad edilməsinin ildönümü münasibətilə Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət olunub - FOTO
# 15 sentyabr 2021 16:28 (UTC +04:00)

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türk şəhidliyində anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirliyinin əməkdaşları qatılıb.

Səfir Cahit Bağcı abidənin qarşısına əklil qoyub.

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi zamanı şəhid olan türk hərbçilərinin ruhu yad edilib.

Səfir qeyd edib ki, bundan 103 il öncə türk ordusunun bolşeviklərin işğalı altında olan azərbaycanlı qardaşlarının yardımına gəlməsi tam bir qəhrəmanlıq dastanıdır: “Əziz şəhidlərimiz! Siz Azərbaycan xalqının müstəqilliyi uğrunda savaşaraq canınızdan keçdiniz. “Tək millət, iki dövlət” anlayışı ilə Azərbaycan və Türkiyənin sevinci və kədəri də birdir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da hüzurla yatın. Siz məqamın ən ucasına çatmısınız. Ruhunuz şad olsun!”

C. Bağcı bildirib ki, Osmanlı 103 il öncə Balkanlar, Suriya, İraq və Şərq cəbhələrində mövcudluq mübarizəsi aparırdı: “Bu dönəmdə bolşeviklərin işğalı və zülmü altındakı qardaşlarımızın köməyinə qaçaraq Azərbaycanı müdafiə etməsi qəhrəmanlıq dastanıdır. Anadolunun və Qafqazın igidlərin qanlarıyla sulanmış bu torpaqlar eyni zamanda qardaşlıq xəmirini də yoğurub”.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarı üstünə güllər qoyulub, xatirələrinə ehtiram ifadə edilib.

Səfir C. Bağcı “Əbədi Məşəl” kompleksi önünə əklil qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR