Baş nazirin müavini: “Üçtərəfli işçi qrupunun növbəti görüşü Bakı və İrəvandan asılıdır”

Aleksey Overçuk

© APA | Aleksey Overçuk

# 25 may 2021 18:22 (UTC +04:00)

"İqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması ilə bağlı üçtərəfli işçi qrupun növbəti görüşünün keçirilmə vaxtı Bakı və İrəvandan asılıdır".

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bu, ilk növbədə tərəfdaşlardan asılıdır”, - deyə o vurğulayıb.

Cənubi Qafqazda nəqliyyat və kommunikasiyaların bərpa olunmasına toxunan Rusiya baş nazirinin müavini qeyd edib ki, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işçi qrup çərçivəsində işlər indiyə kimi kifayət qədər konstruktiv gedib: “Gözləyirik və sağlam düşüncəyə ümid edirik. Ümid edirik ki, işçi qrupunun bütün üzvləri tərəfindən nümayiş olunan sağlam düşüncə üstünlük qazanacaq və Azərbaycanla Ermənistan arasında, müvafiq olaraq Rusiya ilə Ermənistan arasında Azərbaycan ərazisindən keçərək dəmir yolu və avtomobil nəqliyyatı üçün imkanlar yaratmaq mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR