Belarusun səhiyyə naziri: “Qoşulmama Hərəkatı Azərbaycanın sayəsində qlobal sağlamlığa böyük töhfə verir”

Belarusun səhiyyə naziri Dmitri Pineviç

© APA | Belarusun səhiyyə naziri Dmitri Pineviç

# 28 may 2021 12:52 (UTC +04:00)

Belarus Ümumdünya Səhiyyə Təşkilatının sessiyası çərçivəsində Qoşulmama Hərəkatının səhiyyə nazirlərinin ənənəvi görüşündə iştirak edib.

APA-nın “Belta” agentliyinə istinadən verdiyi məlumata görə, Belarusun səhiyyə naziri Dmitri Pineviç nazirlərin ənənəvi görüşünü çağırdığına görə Qoşulmama Hərəkatının sədri Azərbaycana təşəkkürünü bildirib.

O, həm ÜST-də, həm də BMT-də Azərbaycanın səhiyyə nazirinin ictimai səhiyyə məsələlərinə daim diqqət göstərdiyini qeyd edib: “Qoşulmama Hərəkatı Azərbaycanın sayəsində güclü səs qazanıb və səhiyyə sahəsində qlobal sağlamlıq gündəminə böyük töhfə verir”.

Belarus Səhiyyə Nazirliyinin rəhbəri çıxışında ölkəsində bütün problemləri effektiv həll edən müasir milli səhiyyə sistemi mövcud olduğunu vurğulayıb: "Ən yaxşı təcrübəmizi digər ölkələrdən olan həmkarlarımızla bölüşməyə hazırıq".

2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi Azərbaycan edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR