Bəyannamə: Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında əlaqələrin intensivləşməsinə mühüm töhfə verəcək

Şuşa Bəyannaməsinin imzalanması

© APA | Şuşa Bəyannaməsinin imzalanması

# 16 iyun 2021 12:01 (UTC +04:00)

Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasının ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini hesab edir.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR