Bilal Hayee: "Azərbaycan və Pakistan arasında iqtisadi sahədə əməkdaşlıq imkanları genişdir"

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee

© APA | Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee

# 07 iyul 2021 11:24 (UTC +04:00)

“İnanırıq ki, Pakistan-Azərbaycan iqtisadi əməkdaşlıq palatası hər iki ölkədən olan özəl biznes sektoru üçün geniş imkanlar təmin edəcək və bu, qarşılıqlı faydalı tərəfdaşlıq olacaq. Ümid edirik ki, həm Pakistan, həm də Azərbaycandan olan biznesmenlər bu palatanın üzvü olacaq və yaxından əməkdaşlıq edəcəklər”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında bildirib.

Səfir deyib ki, Azərbaycan və Pakistan arasından çox yüksək siyasi, diplomatik və müdafiə sahəsində əlaqələr mövcuddur: “Münasibətlərimizin iqtisadi aspekti görmək istədiyimizdən daha aşağıdır, ancaq bu sahədə imkanlar genişdir. İnanırıq ki, yaratdığımız platforma bu istiqamətdə öz töhfəsini verəcək, iqtisadi sahədə əməkdaşlığa təkan olacaq. İnformasiya texnologiyaları, kənd təsərrüfatı sahəsində əməkdaşlığımız var, turizm sahəsi də böyük imkanlar vəd edir. İnanıram ki, tez zamanda açılması müzakirə olunan birbaşa uçuşlar hər iki ölkədən turistlərə səfər imkanları verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR