Binəli Yıldırım: "44 günlük savaşdan sonra başqa Cənubi Qafqaz var"

Binəli Yıldırım

© APA | Binəli Yıldırım

# 04 noyabr 2021 09:29 (UTC +04:00)

“Azərbaycanda, qardaş ölkədəyik. Bu gün 8-ci Bakı Beynəlxalq Forumunda pandemiyadan sonrakı durum, regional və qlobal məsələlər müzakirə olunacaq”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım bildirib.

O, bu Forumun çox faydalı olacağını düşündüyünü deyib: “4 gün sonra Qarabağ zəfərinin ildönümünü qeyd edəcəyik. Azərbaycan 44 günlük savaşda Qarabağı azad edib. Bu mübarizəyə liderlik edən Prezident İlham Əliyevə təşəkkür edirik. 44 günlük savaşdan sonra başqa Cənubi Qafqaz var. Artıq əsas məsələ bölgənin rifahı, inkişafıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR