Binəli Yıldırım: "Heç kim Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinə qarşı çıxmamalıdır"

Binəli Yıldırım

© APA | Binəli Yıldırım

# 06 noyabr 2021 09:34 (UTC +04:00)

“Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Türkiyənin keçmiş Baş naziri (2016-2018-ci il) Binəli Yıldırım bildirib.

B. Yıldırım deyib ki, heç kim Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinə qarşı çıxmamalıdır: “Ermənistanın bu məsələdə üzərinə böyük məsuliyyət düşür. Bu halda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hər hansı problem də qalmayacaq. Qarşılıqlı anlayış zəminində Cənubi Qafqaz regionun potensialından istifadə etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR