Binəli Yıldırım: “İqlim dəyişikliyi COVID-19-dan daha təhlükəlidir”

Binəli Yıldırım

© APA | Binəli Yıldırım

# 04 noyabr 2021 14:25 (UTC +04:00)

"Pandemiya dünyanın heç bir ölkəsinin təkbaşına təhlükəsiz vəziyyətdə olmadığını göstərdi. Gözəgörünməz virus milyonlarla insanı çətin vəziyyətə salıb. Təəssüf ki, beynəlxalq və dövlətlərarası səviyyədə əməkdaşlığın az olduğunu gördük. Biz öz hədəflərimizə, ÜST-ün və BMT-nin hədəflərinə çata bilmədik".

APA-nın xəbərinə görə, bunu AKP sədrinin müavini, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun açılışında deyib.

B. Yıldırım bildirib ki, bəzi ölkələrin başı ancaq özünə qarışıb, Azərbaycan kimi ölkələr isə belə hərəkət etməyi, müxtəlif ölkələrə kömək əlini uzadıb: "Türkiyə də pandemiya ilə mübarizədə aktiv ölkələrdən biridir. Biz öz imkanlarımıza əsaslanaraq dünyanın 115-ə qədər ölkəsinə dəstək vermişik. İstərdik ki, bu mübarizədə bütün xalqların, ölkələrin bərabər imkanları olsun. Bu gün peyvəndləmə ilə bağlı rəqəmlər arasındakı fərq var”.

B. Yıldırım qeyd edib ki, pandemiyanın yaratdığı problemləri, çətinlikləri həmrəylik və əməkdaşlıq yolu ilə aradan qaldırmaq olar: “Biz yeni təhdidlərlə üzləşirik, məsələn iqlim dəyişikliyi. Bu günlərdə Qlazqoda iqlim dəyişikliyi ilə bağlı konfrans keçirilir. Biz də iqlim dəyişikliyindən, onun nəticələrindən narahatıq və düşünürük ki, iqlim dəyişikliyi pandemiyadan, COVID-19-dan daha təhlükəlidir. Biz karbon emissiyalarını azaltmalı və dayanıqlı inkişafa yönəlməliyik. Regional və beynəlxalq məsələlərin müzakirə olunacağı VIII Qlobal Bakı Forumuna uğur arzulayıram. İnanıram ki, forum bu məsələlərin həllinə böyük töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR