Binəli Yıldırım: “Qarabağ münaqişəsinin həllindən sonra yeni imkanlar yaranıb, artıq yeni layihələr barədə düşünürük”

Binəli Yıldırım

© APA | Binəli Yıldırım

# 04 noyabr 2021 14:24 (UTC +04:00)

“Azərbaycan, Türkiyə və Gürcüstan mühüm layihələrə imza atıb. Bakı-Tbilisi-Qars layihəsini icra etdik. Bu xətlə Çindən yüklər Qərbi Avropaya daşına bilər. TAP, TANAP layihələri də uğurla həyata keçirilib. Biz artıq yeni layihələr barədə düşünürük. Qarabağ münaqişəsinin həllindən sonra yeni imkanlar yaranıb”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "COVİD-19-dan sonra yeni dünya nizami" panelində Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım bildirib.

B. Yıldırım qeyd edib ki, BMT 30 ilə ərzində Azərbaycan-Ermənistan münaqişəsinin həlli yolunu tapa bilmədi: “Münaqişənin sülh yolu ilə həlli mümkün olsaydı, silahla həllinə ehtiyac qalmazdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR