BMT məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını açıqlayıb - VİDEO

BMT məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını açıqlayıb - VİDEO
# 07 dekabr 2021 19:40 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərar verib.

APA-nın məhkəmənin saytına istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarına əsasən, Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövləti təcili tədbirlər görməlidir.

“Ermənistan Respublikası BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır”, - deyə qərarda vurğulanır.

Məhkəmə qərarında bildirib ki, hər iki tərəf fikir ayrılığını şiddətləndirə və dərinləşdirə, eyni zamanda mübahisənin həllini mürəkkəbləşdirə biləcək hərəkətlərdən çəkinməlidir.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılması”, Hərbi Qənimətlər Parkının bağlanması və Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları təmin etməyib.

Bu məsələlər üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsi nəticəsində mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR