BMT-nin ali nümayəndəsi: “Azad olunmuş ərazilərdə gördüklərimdən şok oldum, stress yaşadım”

Migel Anxel Moratinos

© APA | Migel Anxel Moratinos

# 23 iyun 2021 16:36 (UTC +04:00)

“Bu gün həm Azərbaycan, həm BMT, həm də beynəlxalq ictimaiyyət üçün vacib gündür. Çünki bu gün yeni bir təşəbbüsə başlayırıq. Əlbəttə ki, yeni təşəbbüslər həmişə önəmlidir. Pandemiyanın yaratdığı çətinliklər dövründə Azərbaycan hökuməti öz üzərinə məsuliyyət götürdü və bizimlə əməkdaşlığa razılaşdı”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, adətən siyasi, iqtisadi, maliyyə təşəbbüsləri irəli sürülür: “Lakin indi mədəniyyət əsas yer tutur, xüsusilə də COVID-19-dan sonrakı dövrdə... Pandemiya həm səhiyyə, həm iqtisadiyyat üçün böhran yaradıb. Hər şeydən öncə COVID-19 artıq insan böhranına çevrilib. Biz mədəniyyət naziri Anar Kərimova bu təşəbbüsə görə təşəkkür etməliyik. Biz indi mədəniyyət üçün sülhə can atırıq. Bu, tək Azərbaycan üçün, barışıq üçün, regionda sülh üçün deyil, bu, həm də Afrika, Latın Amerikası və Asiya üçün vacibdir”.

BMT rəsmisi qeyd edib ki, regiona səfəri zamanı qarışıq hislər yaşayıb: “Azad olunmuş ərazilərdə gördüyüm mənzərələrdən şok oldum, stress yaşadım, bu, qəbuledilməzdir. Bu ərazilərdə 30 ildən sonra heç nə qalmayıb, həyat qalmayıb. Gördüklərimdən çox kədərləndim. Mən həm də Ağdamda gələcəyi, şəhərin yeni planını, Azərbaycan Hökumətinin bu ərazini yenidən necə qurduğunu gördüm. Bunlar mənə ümid verdi və mən bu ümidi, bu parlaq gələcəyi yaddaşımda saxlamağa çalışacağam. Mən bu prosesə dəstək vermək üçün əlimdən gələn dəstəyi verəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR