BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olunub

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Vladanka Andreyeva

© APA | BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Vladanka Andreyeva

# 03 iyul 2021 10:34 (UTC +04:00)

BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib.

APA xəbər verir ki, bu barədə BMT-nin saytında məlumat verilib.

Qeyd edək ki, V. Andreyeva, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Avropa və Asiyada beynəlxalq inkişaf, humanitar koordinasiya, vəkillik və tərəfdaşlıq quruculuğu sahəsində çalışıb, o, 21 illik təcrübəyə malikdir. Şimali Makedoniyadandır.

Diş tibbi sahəsində bakalavr dərəcəsi ictimai səhiyyə sahəsində magistr təhsili var.

Xatırladaq ki, bundan əvvəl BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR