BMTM sədri: “İkinci Qarabağ müharibəsindən sonra müxtəlif formatda əməkdaşlıq platformaları üçün şərait yaranıb​​​​​​”

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 22 sentyabr 2021 10:03 (UTC +04:00)

“Aydındır ki, Cənubi Qafqazda və onun ətrafında olan ölkələr arasında müəyyən problemlər var”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O, Gürcüstan və Rusiya arasında problemlərin olduğunu xatırladıb: “Azərbaycanla Ermənistan arasında problemlər də hələ həll olunmayıb. Gündəlikdə sülh sazişi var. Təəssüflər olsun ki, Ermənistan bu məsələyə qeyri-konstruktiv yanaşır. Türkiyə və Azərbaycan rəhbərləri tərəfindən “3+3” formatı təklif olunur. Çox güman ki, yaxın vaxtlarda bu formatın yaranması çox çətin məsələdir. Düşüncə mərkəzləri səviyyəsində çalışırıq ki, müxtəlif “üçlü”, “dördlü” platformalarda müxtəlif məsələləri müzakirə edək. Hazırda İran-Türkiyə-Azərbaycan formatını ərsəyə gətirməyə çalışırıq. Gələn həftə Moskvaya səfərə gedəcəm. Orada İran, Rusiya, Azərbaycan formatında danışıqlara çalışacağıq”.

F. Şəfiyev əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, regionda yeni reallıq yaranıb.

O, müharibədən sonra müxtəlif formatda əməkdaşlıq platformalarının yaradılması üçün şərait yarandığını qeyd edib: “Hələ də Azərbaycan və Ermənistan arasında problemlər mövcuddur. Eyni zamanda digər problemlər var. Ermənistan post-münaqişə dövründə bizim təkliflərimizə hələ ki, müsbət cavab vermir. Ola bilsin ki, regionda 6 ölkənin bir araya gəlməsi uzaq gələcəkdə mümkün olacaq. Bu gün Türkiyə, İran və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bu gün regionda və region ətrafında hadisələrə müxtəlif baxışlar var. Hər üç ölkə ərazi bütövlüyünü üstün tutur. Digər məsələ regiona qonşu olan ölkələrlə, regiondakı ölkələrlə məsələlərə özümüz hakim olmalıyıq. Eyni zamanda region ölkələri özləri öz problemlərini həll etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR