Bolqarıstanın sabiq prezidenti: “Azərbaycan ədaləti necə bərpa etməyin yolunu göstərdi”

Rosen Plevneliev

© APA | Rosen Plevneliev

# 04 noyabr 2021 18:10 (UTC +04:00)

“Mən bir neçə ay öncə ABŞ-da BMT Baş Assambleyasının toplantısında, Cenevrədə BMT-nin Baş ofisində oldum. Ancaq dürüst olaraq deməliyəm ki, buradakı atmosfer əladır”.

APA-nın xəbərinə görə, bunu VIII Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, VIII Qlobal Bakı Forumunda dünya liderləri bir araya gəlib planetə təzyiq göstərən problemlər və onların həll yollarını müzakirə edir: “Bu çox yaxşıdır. Mən təşkilatçılara və Prezident İlham Əliyevə göstərdiyi bu liderliyə görə təşəkkür edirəm”.

Bolqarıstanın sabiq prezidenti Azərbaycan xalqını Qarabağ müharibəsində qələbəyə görə təbrik edib.

“Dünyanın müxtəlif regionlarında dondurulmuş münaqişələr, qarşıdurmalar, qeyri-stabillik, dağıntılar və çox sayda qaçqınlar var. Əslində Azərbaycan bir növ nümunə oldu ki, ədalət necə bərpa oluna bilər. Azərbaycan göstərdi ki, 30 illik ədalətsizlikdən sonra ədaləti bərpa edə bilər. Bu ərazilər Azərbaycana məxsusdur və Ermənistan tərəfindən işğal olunmuşdu. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olundu. Qarşıdakı illərdə Azərbaycana güclü və dayanıqlı inkişaf arzu edirəm. Bakı ilbəil öz vacibliyini gücləndirir və bu il Bakı öz əhəmiyyətini iki dəfə artırıb”, - Rosen Plevneliev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR