Boris Tadiç: "Azərbaycan Dağlıq Qarabağ kimi problemi çox effektiv şəkildə həll etdi"

Boris Tadiç

© APA | Boris Tadiç

# 06 noyabr 2021 11:27 (UTC +04:00)

“Azərbaycan Dağlıq Qarabağ kimi bir problemi çox effektiv, səmərəli şəkildə həll etdi. Çox təəssüf ki, bu məsələnin həll olunmasında hərbi qüvvələrdən istifadə olundu. Ancaq bəlkə də, bu, hazırkı vəziyyətdə Azərbaycan üçün yeganə həll yolu idi”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə Serbiyanın keçmiş Prezidenti (2004-2012-ci illər) Boris Tadiç bildirib.

B. Tadiç deyib ki, regiona ayrıca baxmaq lazım deyil: “Biz bu məsələnin həllinin qlobal səviyyədə analoji problemlərin həllinə necə təsir edəcəyini görəcəyik. Biz müqayisə apararaq digər regionlarda münaqişələrin əlli yolunu tapmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR