Borrell: ““Şərq Tərəfdaşlığı” Aİ-nin xarici siyasətinin ən vacib hissəsidir”

Cozep Borrell

© APA | Cozep Borrell

# 15 noyabr 2021 13:26 (UTC +04:00)

"Hazırda "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının xarici siyasətinin ən vacib hissəsidir".

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında bildirib.

Jurnalistin "Şərq Tərəfdaşlığı" Aİ üçün artıq əhəmiyyət kəsb etmir" sualına Cozep Borrell, "Əksinə, biz indi "Şərq Tərəfdaşlığı"na daha çox diqqət ayrırırq", - deyə cavab verib.

"Biz dekabrda keçiriləcək Sammitə hazırlaşırıq. İndi "Şərq Tərəfdaşlığı" ölklərinə daha çox diqqət ayrırıq, bildiyiniz kimi, bu regionda vəziyyət getdikcə mürəkkəbləşir. Kiber hücumlar, qaz və miqrantların silah kimi istifadə olunması və s. məsələlər var. Deyərdim ki, indi "Şərq Tərəfdaşlığı" Aİ-nin xarici siyasətinin ən vacib hissəsidir", -deyə Aİ-nin Ali Nümayəndəsi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR