Bosniya və Herseqovinanın parlament nümayəndə heyəti Azərbaycanda səfərdədir

Bosniya və Herseqovinanın parlament nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 08 iyun 2021 12:05 (UTC +04:00)

İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Bosniya və Herseqovina ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Bosniya və Herseqovina Parlament nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Səfər iyunun 10-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR