Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti Şuşaya səfər edib - FOTO

Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti Şuşaya səfər edib - FOTO
# 10 noyabr 2021 23:56 (UTC +04:00)

Böyük Britaniya Parlamentinin Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Twitter” hesabında etdiyi paylaşımında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun müşayiəti ilə Britaniyadan gələn nümayəndə heyəti Şuşanın müxtəlif yerlərində olub.

"Mən qonaqlara son 10 ayda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verdim.

Cənab Bləkmənə məlumat verildi ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bizim əsas missiyamız Şuşanın tarixi şəhər mənzərəsini qaytarmaq, o cümlədən Şuşanı XXI əsrin qabaqcıl şəhərinə çevirməkdir", Aydın Kərimov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR