Britaniya səfiri Əfqanıstanda xidmət etmiş Azərbaycan sülhməramlılarına təşəkkür edib

Ceyms Şarp

© APA | Ceyms Şarp

# 31 avqust 2021 16:04 (UTC +04:00)

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp Əfqanıstanda xidmət etmiş Azərbaycan sülhməramlı qüvvələrinə təşəkkür edib.

APA-nın xəbərinə görə, səfir bununla bağlı “Twitter”də paylaşım edib.

“Əfqanıstanda xidmət etmiş 120 Azərbaycan sülhməramlısına, Böyük Britaniya və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələr zamanı təhlükəsiz saxlamağa kömək etdikləri üçün minnətdarıq. Onların sağ-salamat Azərbaycana qayıtdıqlarını eşitməkdən məmnunluq duyuruq”, - deyə səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR