Britaniya səfiri: “İqlim dəyişikliyi, onun nəticələri realdır və hər kəs üçün ciddi çağırışdır”

Ceyms Şarp, Britaniya səfiri

© APA | Ceyms Şarp, Britaniya səfiri

# 22 oktyabr 2021 12:08 (UTC +04:00)

“İqlim dəyişikliyi, onun nəticələri realdır və hər kəs üçün ciddi çağırışdır”.

APA-nın xəbərinə görə, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Qlazqoda keçiriləcək BMT-nin Beynəıxıaq İqlim Konfransına (COP26) həsr olunmuş BMT Günü tədbirində çıxışında deyib.

"Biz yanğınlar, daşqınlar barədə eşidirik bu realdır” deyən səfir bildirib ki, COP26 iqlim dəyişikliyi ilə mübarizədə həqiqi addımların atılması, həmçinin onun nəticələrini necə aradan qaldırmağı müzakirə etmək üçün imkan, platforma təqdim edir.

Britaniyalı diplomat bildirib ki, onun ölkəsi qaz emmisyalarının azaldılması ilə bağlı öhdəlik götürüb, 2030-cu ilədək Britaniya qaz emissyalarını 68 faizə qədər azaldılması və 2050-ci ilə qədər sıfıra endirməyi hədəfləyir: “Qlobal problem qlobal həllər, kollektiv şəkildə addımların atılmasını tələb edir”.

Səfir deyib ki, inkişaf edən iqtisadiyyatların emissyaları daha çoxdur, çünki onlar istehsal edir, buna tələb var. Lakin bu zaman istifadə olunan enerji çirkli yox, təmiz enerji olmalıdır.

C. Şarp əlavə edib ki, COP26 konfransının digər bir hədəfi də iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya üçün maliyyə yığılmasıdır. Onun sözlərinə görə, bu maliyyə vasitəsilə inkişafda olan ölkələrə dəstək veriləcək.

Britaniyalı diplomat bildirib ki, Azərbaycanın neft-qaz ixrac edən ölkə olaraq məsuliyyəti var: “Ölkənin alternativ və bərpa olunan enerji istiqamətində gördüyü işləri təqdir edirik. Emissiyaların azaldılması istiqamətində Azərbaycandan daha çox hədəflər gözləyirik. Bu, mümkündür”.

Ceyms Şarp deyib ki, Azərbaycanın neft qaz sektorunda olan BP şirkəti də ölkəyə adaptasiya və bərpa olunan enerji resurslarının işlədilməsi istiqamətində dəstək verir: “Azərbaycan nümayəndə heyətinin Qlazqoya gəlməsini səbirsizliklə gözləyirik. Bu istiqamətdə səylərimiz yalnız Qlazqoda keçiriləcək konfransla yekunlaşmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR