Britaniya səfiri Şamaxıya səfər edib

Britaniya səfiri Şamaxıda

© APA | Britaniya səfiri Şamaxıda

# 19 noyabr 2021 13:07 (UTC +04:00)

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Şamaxıya səfər edib.

APA-nın xəbərinə görə, bu barədə britaniyalı diplomat "Twitter" hesabında bildirib.

Ceyms Şarp səfər çərçivəsində "Azərxalça"nın Şamaxı şəhərindəki filialında olub. "Şamaxıda "Azərxalça"nın filialında xalça kəsmə prosesini izləmək çox maraqlı idi: Azərbaycan xalçası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib", - deyə səfir müəssisəyə səfəri ilə bağlı təəssüratını paylaşıb.

Britaniyalı diplomat Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) mobil klinikalarında da olub. "Böyük Britaniyanın maliyyələşdirdiyi Ümumdünya Səhiyyət Təşkilatının mobil klinikalarının Şamaxı ətrafında və kənd yerlərində səhiyyə xidmətləri göstərərək insanların həyatını xilas etməyə kömək etdiyini görmək sevindiricidir", - səfir paylaşımında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR