Britaniyalı deputat Azərbaycanda mətbuat azadlığını tənqid edənləri ikiüzlülükdə ittiham edib

Britaniyalı deputat Azərbaycanda mətbuat azadlığını tənqid edənləri ikiüzlülükdə ittiham edib

© APA | lord Corc Foulks

# 22 iyun 2021 13:17 (UTC +04:00)

“Türkiyə, Rusiya və Azərbaycanda mətbuat azadlığını tənqid edənlər əvvəlcə öz ölkələrində baş verənlər haqda danışsınlar”. 

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü lord Corc Foulks yay sessiyasında “Mətbuat azadlığı, ictimaiyyətin inamı və vətəndaşların bilmək hüququ” adlı hesabatın müzakirəsi zamanı çıxış edərkən deyib. 

“Başqa ölkələri tənqid etmək asandır. Məsələn, elə bizim BBC “World”-ün dünyada nə qədər güclü reputasiyası olsa da, oradakı jurnalistlərə də məhdudiyyətlər tətbiq edilir. Buna görə əvvəlcə öz ölkələrimiz haqda danışmalıyıq. Əmin olmalıyıq ki, öz ölkəmizdəki media müstəqildir. Əks təqdirdə biz başqa ölkələr barədə məsələ qaldıran zaman ikiüzlülük etmiş olarıq”, - deyə britaniyalı deputat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR