Britaniyalı parlamentari Azərbaycan xalqını təbrik edib

Bob Blekmen

© APA | Bob Blekmen

# 18 oktyabr 2021 15:12 (UTC +04:00)

Böyük Britaniya parlamentinin üzvü Bob Blekmen 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın yerli bürosunun xəbərinə görə, B. Blekmen Azərbaycanı Böyük Britaniyanın Cənubi Qafqazdakı yaxın və strateji tərəfdaşı adlandırıb.

“Bu gün Böyük Britaniyanın Cənubi Qafqazdakı yaxın və strateji tərəfdaşı olan Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümüdür. Azərbaycan xalqının çoxdankı dostu olaraq ən səmimi təbriklərimi çatdırıram”, - deyə parlamentari qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR