Britaniyalı parlamentari: “Azərbaycanın azad edilmiş ərazilərinə səfər etməyi səbirsizliklə gözləyirəm”

Bob Blekmen

© APA | Bob Blekmen

# 27 may 2021 16:06 (UTC +04:00)

“Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfər etməyi səbirsizliklə gözləyirəm”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Britaniya parlamentinin üzvü Bob Blekmen Azərbaycan səfirliyi tərəfindən 28 May - Respublika Gününə həsr olunmuş onlayn tədbirdə çıxışı zamanı deyib.

“Bu gün Respublika Günündən əlavə, həm də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini, Dağlıq Qarabağa geri dönməsini qeyd edirik. Mən Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfər etməyi səbirsizliklə gözləyirəm. Biz oradakı yenidənqurma işləri ilə tanış ola biləcəyik. Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh uzun müddətli olacaq”, - deyə Bob Blekmen bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR