BVF prezidenti: "Bəzi ölkələrdə peyvəndlə bağlı çətinliklər iqtisadiyyatın bərpasına mane olur"

BVF prezidenti Kristalina Georgieva

© APA | BVF prezidenti Kristalina Georgieva

# 04 noyabr 2021 11:44 (UTC +04:00)

“Kütləvi peyvənd nəticəsində dünya ölkələrində iqtisadiyyat bərpa olunmaqdadır”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində videomüraciətində bildirib.

Beynəlxalq Valyuta Fondunun prezidenti deyib ki, bəzi ölkələrdə peyvəndlə bağlı çətinliklər iqtisadiyyatın bərpasına da mane olur: “Bu ilin sonuna qədər dünya ölkələrində əhalinin 40 faizinə vaksin vurulması hədəfini qoymuşuq. Biz gələcək şoklara qarşı da müqavimətimizi artırmalıyıq. İqlim dəyişikliyinin təhdidləri qapımızdadır. Biz daha yaxşı dünyanı qurmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR