Cahid Bağçı: “Qarabağın bərpa və inkişafında Türkiyə hər cür dəstək verməyə hazırdır”

Cahid Bağçı: “Qarabağın bərpa və inkişafında Türkiyə hər cür dəstək verməyə hazırdır”
# 11 sentyabr 2021 15:59 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ağdama səfəri ilə bağlı “Twitter”də paylaşım edib.

APA-nın məlumatına görə, paylaşımda deyilir:

“Ticarət nazirinin müavini, hörmətli Mustafa Tuzcu və nazirliyin nümayəndələri ilə birlikdə Qarabağ, Ağdamdayıq. Şəhərin Baş Planı və Ağdam görünüşü barədə məlumat aldıq. Qarabağın bərpa və inkişafında Türkiyə hər cür dəstək verməyə hazırdır”.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirliklərinin nümayəndələri Ağdamda səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR